12986801_1154846807889112_79728935_o Deputatımız beynəlxalq konfransda protokol çıxışı edib – FOTOLAR | Aktor.Az
-

Deputatımız beynəlxalq konfransda protokol çıxışı edib – FOTOLAR

Deputatımız beynəlxalq konfransda protokol çıxışı edib – FOTOLAR

Türkiyənin nüfuzlu beyin mərkəzlərindən olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) və İpək Yolu Araşdırmalar Mərkəzinin( İPAR) təşkilatçılığı ilə mayın 12-də Ankarada “Qardaşlıqdan strateji ortaqlığa gedən yol: TANAP” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Aktor.Az xəbər verir ki, konfransda millət vəkilləri, ictimai-siyasi xadimlər, elmi-akademik dairələr və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər. Beynəlxalq tədbiri salamlama çıxışları ilə EkoAvrasiya və İPAR-ın rəhbərləri Hikmət Eren ve Seyfullah Türksoy açaraq TANAP layihəsinin Türkiyə-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin mühüm göstəricisi olduğunu vurğulayıblar. Onlar bu layihənin enerji sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafı üçün yeni imkanlar aldığını qeyd ebiblər.

 

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər doktoru,professor Elman Nəsirov protokol çıxışı edib. Millət vəkili qeyd edib ki,TANAP layihəsi Cənub qaz dəhlizi layihəsinin 4 seqmentindən biridir ve Avropanın enerji xəritəsinin dəyişdirilməsində müstəsna əhəmiyyətə malikdir. Elman Nəsirov daha sonra bildirib ki, xalqlarımız və dövlətlərimiz arasında formalaşmış tarixi dostluq əlaqələri,xüsusən də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri sözügedən nəhəng layihənin reallaşması üçün münbit şərait təmin edib.

 

Sonra konfrans 3 bölüm çərçivəsində davam edib. Bu bölmələrdə müvafiq olaraq TANAP layihəsinin strateji əhəmiyyəti, onun regional təhlükəsizliyə təsiri, habelə imkanlar və risqlər kontekstində layihənin qiymətləndirilməsi ilə bağlı məruzələr dinlənilib.

 

Konfransda həmçinin Azərbaycandan AMEA-nın Tarix İnstitutunun direktor müavini,professor Cəbi Bəhramov, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Araz Aslanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərov geniş məruzələrlə çıxış ediblər.

 

Qeyd edək ki, tədbirdən sonra millət vəkili Elman Nəsirov Türkiyənin TRT ve Oke televiziyalarına TANAP layihəsi ilə bağlı müsahibələr verib.

 

 

 

 

 

 

 

 

 

Şərh üçün bağlıdır.

13023309_1155669207806872_239843255_n