12986801_1154846807889112_79728935_o Separatçı erməni Azərbaycan idmançısını boğdu – VİDEO | Aktor.Az
-

Separatçı erməni Azərbaycan idmançısını boğdu – VİDEO

Separatçı erməni Azərbaycan idmançısını boğdu – VİDEO

2 gün əvvəl Moskvanın “Lujniki” idman sarayında qarışıq üslubda döyüş gecəsi keçirilib. Gecədə ən prinsipial döyüşlərdən biri Azərbaycan və Ermənistanı təmsil edən idmançılar arasında baş tutub.

 

Qaynarinfo.az xəbər verir ki, Azərbaycan tərəfini əslən Dağıstandan olan Ruslan (Rüstəm) Murtazov təmsil edib. Ermənistandan isə Albert Qazaryan döyüşdə iştirak edib.

 

Rəqib idmançı döyüşə hərbçi formasında və qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə gəlib. Döyüşü Albert Qazaryan qazanıb. O, I raunddaca Murtazovu boğucu fəndə salaraq qalib gəlib. Daha sonra Qazaryan öz dilində qələbəni son günlər Azərbaycanın cəsur əsgərləri tərəfindən öldürülmüş erməni hərbçilərinə həsr etdiyini bildirib.

 

Məsələnin tənqidi tərəfi isə ondan ibarətdir ki, Rüstəm Murtazovun Azərbaycanı təmsil etməsinə kimin icazə verməsidir. İdmanın bütün növlərində legioner siyasətinə üstünlük verilsə də, bu hələ o demək deyil ki, o bütün canı ilə Azərbaycanı təmsil edəcək. Erməni idmançının sevincinə bir baxın, görün o necə sevinir. Qanı bir, canı bir azərbaycanlı olsaydı, bəlkə də belə rüsvayçı yenilgi olmayacaqdı…

 

42,294 total views, 2 views today

Şərh üçün bağlıdır.

13023309_1155669207806872_239843255_n