FotoXəbər xətti

AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirir.Bu barədə Aktor.Az-a Universitetdən verilən məlumatda deyilir.

Sərgidə universitetin tələbələrinin 36 rəsm və əl işi nümayiş olunur. Onların arasında ən qiymətlisi dəyəri 5 min manatdan baha olan gəmi maketidir. Maketi almaq üçün  sahibinə 5 min manat təklif olunsa da, o, əsərini satmaqdan imtina edib.

Sərgidə nümayiş olunan bütün əl işi və rəsm əsərləri şifrələnib, qaliblərin seçimi gizli üsulla aparılır.

Qaliblərin  mükafatlandırılma mərasimi noyabrın 15-də keçiriləcək.