12986801_1154846807889112_79728935_o Millət vəkilinə “şərəfsiz” deyən keçmiş deputat onun müdafiəsinə qalxdı | Aktor.Az
-

Millət vəkilinə “şərəfsiz” deyən keçmiş deputat onun müdafiəsinə qalxdı

Millət vəkilinə “şərəfsiz” deyən keçmiş deputat onun müdafiəsinə qalxdı
Keçmiş deputat Etibar Hüseynov millət vəkili Astan Şahverdiyev müdafiə edib.
Aktor.Az-ın məlumatına görə, Etibar Hüseynov sosial şəbəkədə yazıb: “Astan Şahverdiyevdən zəhləm gedir; amma Ağacan Abıyevin “Astan Şahverdiyevə qulaqburması veriləcək” deməsi nədir? Sən axı Allah qoymasa İntizam və etika komissiyasının sədrisen”
 Xatırldaq ki, Etibar Hüseynov bir müddət öncə Astan Şahverdiyev haqda yazmışdı:

“Deməli, iki nəfər heç bir günahı olmayan insan ölüb, ikisi ağır yaralıdır (həkimlərin rəyinə görə, ən yaxşı halda ömürlük əlil qalacaq), DİN açıqlama yayıb, sükan arxasında Nail Allahverdiyevin olduğunu təsdiq edib; Astan Şahverdiyev də deyir ki, bəs Nail evdə olub, şahidlər var, onun hadisəyə heç bir aidiyyatı yoxdur. Simasızlığın, şərəfsizliyin, yaltaqlığın da sərhədi itib”.

Şərh üçün bağlıdır.

13023309_1155669207806872_239843255_n