12986801_1154846807889112_79728935_o Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi | Aktor.Az
-

Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi

Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.Aktor.Az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın əməkdar artisti Mərdan Feyzullayev ömrünün 58-ci ilində vəfat edib.

 

1959-cu ildə Şəkidə anadan olan M.Feyzullayev  müxtəlif illərdə Şəki teatrında M.F.Axundzadənin “Hacı Qara” dramında Xudaverdi, U.Şekspirin “Romeo və Cülyetta” faciəsində Paris, K.Çapekin “Ağ xəstəlik” əsərində Professor, K.Morlonun “Böyük Teymurləng” tarixi dramında Çingiz xan, C.Məmmədquluzadənin “Sizi deyib gəlmişəm” əsərində Pristav, B.Vahabzadənin “Dar ağacı” dramında İbn Süheyl, N.Dumbadzenin “Ağ bayraqlar”ında Meburişvili və s. bu kimi obrazlar yaratmaqla yanaşı, həmin teatrda C.Məmmədquluzadənin “Dəli yığıncağı” və “Danabaş kəndinin məktəbi”, H.Cavidin “İblis”, N.Dumbadzenin “Ağ bayraqlar”, M.Bulqakovun “Ustad və Marqarita”, B.Vahabzadənin “Dar ağacı”, Ə.Nesinin “Sən Qara deyilsən”, İ.Drutsenin “Kürən yabı”, S.Vannusun “O şah, ya qeyrisi, şah elə şahdır”, Ç.Aytmatovun “Əsrə bərabər gün”, S.Qədirzadənin “Gurultulu məhəbbət”, Anarın “Təhminə və Zaur”, M.Bayciyevin “Duel”, V.Səmədoğlunun “Yayda qartopu oyunu”, R.Xəlilzadənin “Meşəbəyi”, S.Vurğunun “Vaqif” tamaşalarına maraqlı quruluşlar verib.

 

M.Feyzullayev 1999-cu ildən Moskvada yaşayırdı. O, Moskva şəhərində fəaliyyət göstərən “Dərviş” Azərbaycan Teatrının direktoru və bədii rəhbəri idi. Rusiyada yaşayarkən sənətçi “Na Perovskoy” Moskva Dram Teatrında “Göydən üç alma düşdü”, Simonov adına Moskva Dram Teatrında E.Fedotovun “Moskvasayağı reinkornasiya”, Moskva “Kölgə” Teatrında “Gözə görünməz yollar ilə…”, Moskva Komediya Teatrında Ə.Nesinin “Öldür məni, əzızım!”, S.Vannusun “O şah, ya qeyrisi”, S.Mrojekin “Serenada”, Moskva “Zümrüd quşu” Teatrında Y.Kimin “Bataqlıqdakı möcüzələr”, Yerşovun “Qozbel at”, R.Kiplinqin “Fil balası”, V.Rabadanın “Balaca mələk”, E.Şvartsın “Kralın yeni libası”, V.Qaufun “Soyuq ürək”, K.Qotsinin “Qarğa”, E.Uspenskinin “Sehirsaz Bəhram”, Moskva Azərbaycan “Dərviş” Teatrında M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, Elçinin “Şekspir”, B.Vahabzadənin “Gülüstan”, Ü.Hacıbəylinin “Arşın mal alan”, N.Gəncəvinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı” kimi janr etibarilə rəngarəng tamaşalar hazırlayıb.

 

130083_n2kf13q74l

Şərh üçün bağlıdır.

13023309_1155669207806872_239843255_n