FotoGündəmManşetMediaXəbər xətti

Jurnalistlərin Həmkarlar İttifaqı jurnalistlər üçün seminarı təşkil edib – FOTOLAR

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı 19-20 avqust 2019-cu il tarixlərində Bakıda  araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib.Aktor.Az xəbər verir ki, təlimlərdə  15 aparıcı milli kütləvi informasiya vasitələrindən 15 jurnalist iştirak edib.

JuHİ üzvü olan, beynəlxalq TOT təlimlərində  iştirak etmiş  iki yerli təmsilçi (Nəzirə Nurullayev, Elgün Mənsimov)  iştirakçılara təhlükəsizlik məsələləri və tədqiqat hesabatı sahəsində ən yaxşı beynəlxalq təcrübələr barədə bilgi veriblər. Təlimlər zamanı praktik məşğələlər aparılıb.

“Təlimlərin əsas məqsədi jurnalistləri beynəlxalq səviyyəli  təhlükəsizlik təcrübələri ilə tanış etmək, onların bu sahədə  biliklərini artırmaqdır. Bu, Azərbaycan jurnalistləri üçün son dərəcə vacibdir. Seminar, jurnalistlərin fərqli mövzularda araşdırmalar apararkən və ya münaqişə zonasından reportaj hazırlayarkən daha etibarlı hərəkət etmələrinə kömək etmək üçün hazırlanmışdır” deyə  Jurnalist Həmkarlar İttifaqının (JuHI) sədri. Müşfiq Ələsgərli bidirib.

Seminar Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) ilə birgə təşkil edilmişdir. Təlimlərə Norveç Jurnalistlər Birliyi də dəstək verib.