GündəmİdmanManşetXəbər xətti

“Qarabağ” səfərdən qələbə ilə dönür

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində ilk oyunlar keçirilib.

Azərbaycanın “Qarabağ” klubu Kiprin APOEL klubunun qonağı olub. Oyun “Qarabağ”ın 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları M.Emreli (57-ci dəqiqə), M.Geye (69-cu dəqiqə) və G.Merkis (90+5-ci dəqiqə) vurublar.

Qeyd edək ki, cavab oyunu avqustun 13-ü Bakıda keçiriləcək.