GündəmManşetMediaXəbər xətti

Eynulla Fətullayevin redaksiyalarında vergi yoxlamaları başladı — EKSKLÜZİV

Vergilər Nazirliyinin əməkdaşları “Haqqin.az” və “Virtualaz.org” xəbər saytlarının redaksiyasında yoxlamalara başlayıb.Bu barədə Demokrat.az-a mötəbər mənbədən məlumat daxil olub. 

Məlumata görə, jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu sözügedən redaksiyalarda vergidən yayınma halları baş verib.

Məsələ ilə bağlı sözügedən saytların rəhbəri Eynulla Fətullayevlə telefon əlaqəsi saxlasaq da, zənglərimizə cavab verən olmayıb.

 

Məsələni diqqətdə saxlamışıq, oxuculara əlavə məlumat veriləcək.