GündəmManşetSiyasətXəbər xətti

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya təkrar seçki keçiriləcək

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 25 iyun 2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinin inzibati binasında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya  (bundan sonra İctimai Şura) seçkilər keçirilmiş, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 7 namizəd İctimai Şuranın üzvü seçilmişlər:

  • Allahverənov Azər Kərim oğlu – “Həyat” Humanitar Dəstək İctimai Birliyinin idarə heyətinin sədri;
  • Bağırov Kənan Sabir oğlu – “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi” İctimai Birliyinin vitse-prezidenti;
  • Dadaşova Şərqiyə Ənvər qızı – “Regional Gender Mərkəzi” İctimai Birliyinin sədri;
  • Məmmədova Kəmalə Natiq qızı – “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin sədri;
  • Hüseyn Arzu Əfqan qızı – “Təkamül və İnteqrasiya” Beynəlxalq İctimai Birliyinin sədri;
  • Kətanov Məmməd Teymur oğlu – Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin müdiri;
  • Niftalı Habil Abid oğlu – “OPTİMİST” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri.

İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 2 yer üçün 3 iyul 2019-cu il tarixdə saat 10:00-dan 15:00-dək Dövlət Miqrasiya Xidmətinin inzibati binasında (Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202. Metronun “Azadlıq” stansiyasının yaxınlığında) namizədliyi qeydə alınmış aşağıdakı şəxslər arasında təkrar seçkilər keçiriləcəkdir:

  • Abbas Radə Sabir qızı – 10.08.1962-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. Ali təhsillidir. Subaydır, bir övladı var. “Müharibə veteranları qadınlarına sosial yardım ” İctimai Birliyinin sədridir.
  • Cavanşirli Ayxan Sərdar oğlu – 19.02.1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Subaydır. “İsmayıllı yazarları” Ədəbi İctimai Birliyinin üzvüdür.
  • Fətullayev Vidadi Bayram oğlu – 01.11.1972-ci il də Siyəzən şəhərində anadan olmuşdur. Ali təhsillidir. Ailəlidir, iki övladı var. “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədridir.
  • Kərimova Lamiyə Ağa qızı – 23.04.1977-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Ali təhsillidir. Subaydır. “Psixososial reabilitasiya və inkişaf” İctimai Birliyinin sədridir.
  • Qəriboğlu Zaur Qərib oğlu – 01.02.1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir. Ailəlidir, iki övladı var. “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin sədridir.
  • Vəliyeva Fəridə Talıb qızı – 26.12.1960-cı ildə Ağdam rayonunda anadan olmuşdur. Ali təhsillidir. Ailəlidir, bir övladı var. “Miqrasiya proseslərinin tədqiqi” İctimai Birliyinin sədridir.

Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin seçici qismində iştirakları nəzərdə tutulmuşdur.