DinDünyaGündəmManşetXəbər xətti

İndi də Türkiyə ilə Gürcüstan arasında kilsə qalmaqalı – FOTO

Türkiyənin Artvin vilayətində  X-cu əsrə aid gürcü kilsəsinin yanında ictimai tualetin tikiləcəyi ilə bağlı məlumat sosial şəbəkələrdə müzakirə predimetinə çevrilib.24News.ge xəbər verir ki, sözügedən məsələ ilə bağlı foto-şəkilləri sosial şəbəkədə tarixçi Buba Kudava paylaşıb və məsələ ciddi müzakirələrə səbəb olub.

Gürcüstanın Türkiyədəki səfiri də məsələ ilə bağlı Türkiyə tərəfinə müraciət edib.

“Türkiyə tərəfi xüsusi ilə vurğuladı ki, Doliskani kilsəsinin yanında ictimai tualetin tikilməsinə imkan verilməyəcək”,– deyə  Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfi Artvinin Mədəniyyən Xidmətinin rəhbərinə kilsənin olduğu yerə gedib, vəziyyəti öyrənməyi tapşırıb.

Türkiyə tərəfinin bildirdiyinə görə, onlar Doliskana kilsəsinin yanında ictimai tualetin tikiləcəyi ilə bağlı məlumatları yoxdur və orada baş verən məsələyi mütləq öyrənəcəklərini və əgər belə bir qərar yerli səviyyədə, öz başına verilibsə, onu mütləq dayandıracaqlarını bildiriblər.