GündəmKÖŞƏManşetSiyasətXəbər xətti

TÜRKÇÜLÜK GÜNÜ NECƏ YARANIB?

Türkçülük Günü, 3 May 1945-ci ildə Topxana hərbi həbsxanasında ilk dəfə Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sançar ve Reha Oğuz Türkkan başda olmaqla 10 məhkum tərəfindən qeyd edilmişdir. Hər şey Türkçülük və Turançılıq ideologiyasının daşıyıcılarından olan böyük türk şairi Hüseyin Nihal Atsıza qarşı Dövlət Konservatoriyasının tələbəsi Səbahəttin Əli (sonradan Türkiyənin məhşur bəstəkarı olmuşdur) tərəfindən qaldırılan məhkəmə davasından qaynaqlanmışdır.

 

N.Atsız

Səbahəttin Əli böyük türk şairi N.Atsızı nədən məhkəməyə verdi? N.Atsız baş redaktoru olduğu Orhun jurnalında çap olunan “Baş Nazir Saracoğlu Şükrüyə ikinci açıq məktub” adlı yazısı səbəb olmuşdur. N.Atsız məqalədə II Dünya müharibəsinin Sovetlər Birliyinin qələbəsinə doğru istiqamət götürməsi Türkiyədə də kommunizim meyillərinin güclənməsinə xüsusilə də təhsil sahəsinə sirayət etməsini çox təhlükəli sayaraq Təhsil Naziri Həsən Ali Yüceldə tənqid edərək bildirirdi ki, necə ola bilər ki, Atatürk başda olmaqla dövlət böyüklərini lağa qoyan və 14 ay həbs cəzası almasına baxmayaraq hamilləri vasitəsi ilə əfv edilmiş bir şəxs hansı yollarla Dövlət Konservatoriyasında tələbə ola bilərdi?

N. Atsız açıq məktubda hər kəsin bir kommunist kimi tanıdığı Səbahəttin Əlinin zərərli kommunizim ideyasının daşıyıcılarından biri hesab etməklə onu vətən xaini adalandırmışdır.

N.Atsızın açıq məktubu ünvanladığı Şükrü Saracoğlu kimdir və məktub niyə məhz ona ünvanlamışıdr? Həmin dönəmdə Türkiyənin baş naziri vəzifəsini daşıyan Şükrü Saracoğlu Türkiyə Böyük Millət Məclisində aşağıdakı məzmunda çıxış edərək demişdir: “Biz Türkük, Türkçüyük və daima Türkçü olaraq qalacağıq. Bizim üçün Türklüçülük bir qan məsələsi olduğu qədər bir vicdan və mədəniyyət məsələsidir. Biz azalan və ya azaldan Türkçü yox, çoxalan və çoxaldan Türkçülərik. Və hər zaman bu istiqamətdə çalışacağıq”

 

Şükrü Saracoğlu

Böyük türk şairi N.Atsız Şükrü Saracoğlunu türkçü hesab etdiyi üçün açıq məktubları məhz ona ünvanlamışdır.
Səbahəttin Əlinin vətən xaini adlandırılması onun tərəfindən məhkəməyə müraciətə səbəb oldu. Qarşıdurmanın dərinləşdiyini görən Səbahəttin Əli sonradan etiraf etdiki onu məhkəməyə müraciət etməyə Dövlət Konservatoriyasının müdiri Şaik Gögkaya təhrik etmişdir.

Səbahətin Əli ilə böyük türk şairi N.Atsız arasında ilk məhkəmə çəkişməsi 26 aprel 1944-cü il tarixdə olmuşdur. Millətçi kəsimin məhkəməyə axınından qorxan Səbahəttin Əli məhkəmə binansının birinci mərtəbəsindən pəncərədən özünü tullayaraq qaçır və məhkəmənin birinci iclası təxirə salınaraq növbəti günə təyin edildi. Növbəti məhkəmə iclasında iddia ilə tanışlıqdan sonra hakim Saffet Unan, vətən xaini sözünün sübut edilməsi ilə bağlı müdafiə tərəfinə vaxt verilməklə məhkəmə yenidən təxirə salındı. 03 may 1944-cü il tarixdə məhkəmə prosesi davam etdirildi. Ankara milliyətçi gəncləri məhkəmənin dəhlizlərini və məhkəmənin yerləşdiyi Anafartalar Caddəsi milliyətçilər tutlmuşdular. Məhkəmə də N.Atsızın vəkillərinin vəsatətləri rədd edildi prokurorun ittiham aktı məhkəməyə təqdim edildikdən

 

Səbahəttin Əli

sonra məhkəmə təxirə salındı. 09 may 1944-cü il tarixdə məhkəmə yenidən davam etdirildi, N.Atsızın vəkilləri çıxış etdikdən sonra, sözü böyük şairə verdilər. N.Atsız bildirdi ki, mən özümü müdafiə etmək üçün heç bir çıxış etmək fikirim yoxdur. Səbahəttin Əlinin bir kommunist olmaqla dövləti devirmək, istiqlalımızı məhv etmək niyyəti açıq aşkardı, onun bu hərəkətlərini vətən xainliyi hesab edirəm, bu məqsədlə də Baş Nazirə müraciət etmişəm. Siz bəlkə də burada mənim özümü müdafiə edəcəyimi gözləyirsiniz yanılırsınız. Mən böyük vicdan, hüzur və inanc içində

səmimiyyətlə sizə hər şeyi izah etdim. Sizdən bəraət istəmirəm, bir an öncə ailə ocağıma dönməyim haqqında qərar qəbul etməyinizi istəyirəm. Məhkəmə müccərəd olaraq işələnmiş “vətən xaini” ifadəsini təhqir kimi deyil, söyüş kimi tövsif edərək, ona görə N.Atsıza cəza verdi, lakin cəzanı icrasını təxirə saldı. Dolayısı ilə türkçülük əlehinə apardığı işə görə “vətən xaini” adlandırılan Səbahəttin Əlinin cinayəti sübuta yetirildi. Lakin bu məhkəmə prosesi TÜRKÇÜLÜK günün yaranmasına səbəb oldu.

Qələmə aldı hüquqşünas Səməd Vəkilov