ManşetSosialVideo xəbərXəbər xətti

Azay Quliyev SƏLİS-in ilk müqaviləsini QHT rəhbərinə təqdim etdi – VİDEO

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sisteminin 2019-cu ildə tətbiq edilən ilk proqramı e-Növbə istifadəyə verilib.

“E-növbə” xidməti qrant müsabiqəsinin qalibi olan QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını proqram vasitəsilə QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılıb. Yeni elektron xidmət vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır, şəffaflığı daha da artırır, Şura ilə QHT-lər arasında rahat və sürətli kommunikasiyanı təmin edir.

Aprelin 5-də e-növbə proqramı çərçivəsində Şura ilə qalib QHT-lər arasında ilk qrant müqavilələri imzalanıb. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ilk müqaviləni “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılovaya təqdim edib.