GündəmManşetSiyasətXəbər xətti

Ekspert nazirliyi tənqid etdi: “Bu, biabırçılığı aradan qaldırın”

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İnformsiya əldə etmək haqqında” Qanunu ciddi pozur. Elektron qaydada sorğu, ərizə, şikayət bölməsi işləmir”.

Aktor.Az xəbər verir ki, bu sözləri media üzrə ekspert, hüquqşünas Ələsgər Əhmədoğlu deyib.

O bildirib ki, sorğu forması qanuna zidd müəyyən olunub: “Qanunun qadağan etdiyi məlumatlar məcburi tələb edilir. İnsan Hüquqları üzrə Müvəkkilə və quruma müraciət edirəm, dərhal bu biabırçılığı aradan qaldırmağı onların diqqətinə çatdırsınlar”.