12986801_1154846807889112_79728935_o İnamsızlıq və şübhələrə yanaşma Fəxriyyə Məmmədovanın şərhində – VİDEO | Aktor.Az
-

İnamsızlıq və şübhələrə yanaşma Fəxriyyə Məmmədovanın şərhində – VİDEO

İnamsızlıq və şübhələrə bəzən insanlar adi xarakterik xüsusiyyət kimi yanaşır. Əslində hansı insanda bu tip xüsusiyyət aşırı xarakter daşıyırsa, bu, xasiyyət olmaqdan çıxır və psixoloji problemə çevrilir.

 

fax1

 

İnamsızlıq və şübhələr insana imkan vermir ki, o vəziyyəti və hadisələri doğru qiymətləndirsin. Vəziyyətdən çıxış yolu mütləq həkimə müraciət etməkdir.

 

Bu barədə həmçinin Aktor.az saytının oxucularına tanınmış psixonevroloq Fəxriyyə Məmmədova təhlili təqdim olunur:

 

 

Məmmədova Fəxriyyə Xanış qızı 1957-ci ildə Qubadlı rayonunda müəllim ailəsində anadan olub. Ağdam şəhərində 2 saylı beynəlmiləl orta məktəbini bitirərək, elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub.

1987-ci ildən etibarən Şuşa, Laçın, Ağdam şəhərlərində, daha sonra isə İran İslam Respublikasında həkim işləyib. 1955-ci ildən bu vaxta qədər Bakı şəhəri Yasamal rayonundakı 3 saylı poliklinikada çalışır.

Həkim psixoterapevtdir.Mütəmadi olaraq dövrü mətbuatda, dövlət televiziya kanallarında maarifləndirici mövzularda çıxışlar edir.Rusiya, Qırğızıstan, Moldova, Almaniya, Fransa və digər ölkələrdə müxtəlif tibbi konfranslarda iştirak edib.

2015-ci ildə Fəxriyyə Məmmədovanın “Dünyada sülh, ailədə sülhdən başlayır” adlı kitabı dərc olunub.Ailəlidir, bir övladı var.

Peşəkar həkimin fərdi internet saytı da fəaliyyət göstərir. Daha ətraflı məlumat əldə etmək üçün bu ünvana daxil ola bilərsiniz: http://www.fakhriyyamammadova.com

Şərh üçün bağlıdır.


Shares
Portal Teması : Wptr.Co