12986801_1154846807889112_79728935_o Qafqazşünasların I Beynəlxalq Forumu keçiriləcək | Aktor.Az
-

Qafqazşünasların I Beynəlxalq Forumu keçiriləcək

Qafqazşünasların I Beynəlxalq Forumu keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu 10-13 aprel tarixlərində Qafqazşünasların I Beynəlxalq Forumunu keçirəcək. İnstitudan Aktor.Az-a verilən məlumata görə, forumda əsasən aşağdakı məsələlər  müzakirə ediləcəkdir:

 

  • Qafqaz ölkələrinin sosial-iqtisadi və siyasi vəziyyəti
  • Qafqazın geosiyasəti
  • Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri
  • Böyük dövlətlərin və qonşu ölkələrin Qafqaz siyasəti
  • Qafqazda münaqişələr

 

Forumda iştirak etmək istəyənlər tezis və məruzələrini azərbaycan, rus və ingilis dillərində   caucasus.forum@mail.ru və info@institutecaucasusstudies.org e-mail ünvanlarına göndərə bilərlər:

 

Tezislərin  hazırlanması və göndərilməsi:

–    300 kəlmədən çox olmamalı, Microsoft Word A4 ölçüdə, Times New Roman, 12 şrift, 1 intervalla, soldan 3 sm, yuxarı və aşağı 2 sm, sağ 1 sm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır.

–     Müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə yazılmalıdır.

–     05 fevral  2017-ci il tarixinə qədər göndərilməlidir.

 

– Tezislər, alimlərin daxil olduğu heyət tərəfindən Forumun mövzusuna  uyğunluğu, elmi aktuallığı və orijinallığı baxımından seçiləcəkdir. Müəlliflər 20 fevral 2017-ci il tarixinə qədər  məlumatlandırılacaqlar.

Məruzə mətnlərinin hazırlanması və göndərilməsi:

–    Microsoft Word A4 ölçüdə 7-10 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 3 sm, yuxarı və aşağı 2 sm, sağ 1 sm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır.

–    Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır.

–     Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şrift, böyük qara hərflərlə yazılmalıdır.

–     Məruzənin adından sonra tezisi də əlavə edilməklə, Azərbaycan, ingilis və rus dillərində açar sözlər, giriş, əsas mətn, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısı yazılmalıdır.

–     Məruzənin sonunda Azərbaycan, ingilis və rus dillərində qısa xülasə verilməli, xülasədə məruzənin adı da qeyd edilməlidir.

–     Müəllifin istifadə edtiyi mənbələr “İstifadə edilən ədəbiyyat siyahısı” başlığı altında əlifba sırası ilə verilməli və mətndə ona uyğun kodlaşdırma aparılmalıdır.

–     Rəsmlər, tablolar və qrafiklər olarsa, ayrı-ayrı nömrələnməli və altında qısa izahat verilməlidir.  PowerPoint-dan istifadə edənlərdən əvvəlcədən məlumat vermələri xahiş olunur.

 

Məruzələrin son təqdimetmə müddəti 10 mart 2017-ci il tarixinə qədərdir. Göstərilən tarixədək məruzələri təqdim etməyənlər foruma dəvət olunmayacaqdır.

Əlavə məlumat üçün:  www.science.gov.az.

Forumun keçiriləcəyi yer:   AMEA Mərkəzi Elmi Kitabxanası

Şərh üçün bağlıdır.


Shares
Portal Teması : Wptr.Co