12986801_1154846807889112_79728935_o Sabir Fondunun prezidenti “Bizimlə həmsöhbət”-in qonağı olub – VİDEO | Aktor.Az
-

Sabir Fondunun prezidenti “Bizimlə həmsöhbət”-in qonağı olub – VİDEO

Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli “İki sahil” qəzətinin nəzdində fəaliyyət göstərən internet televiziyasının “Bizimlə həmsöhbət” verilişinin qonağı olub.

 

untitled

 

Aktor.Az xəbər verir ki, verilişdə günün ən aktual mövzuları ətrafında müzakirə aparılıb.

 

Həmin görüntüləri təqdim edirik:

 

 

Xatırladaq ki, M.Ə.Sabir Fondu 2012-ci ilin iyun ayinda Mirzə Ələkbər Sabirin 150 illik yubileyi ərəfəsində yaradılıb. Fond həmin vaxtdan Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək fəaliyyətə başlayıb.

Fondu böyük şairin ailəsi yaradıb və Fondun rəhbəri şairin nəvəsi, Bakı Dövlət Universitetinin dosenti Sevda Tahirlidir.

Şairin irsinin təbliği, şerlərinin təkrar və müxtəlif dillərdə nəşr olunması, milli-mənəvi dəyərlərə xidmət, dilimizin qorunması və bunun kimi mühüm məsələlər Fondun fəaliyyət məqsədlərindən biridir.

M.Ə.Sabir Fondu bu günə kimi olduqca maraqlı layihələrə imza atıb. Fondun elektron ünvanı (www.sabirfondu.org) fəaliyyət göstərir.

Şərh üçün bağlıdır.


Shares
Portal Teması : Wptr.Co