12986801_1154846807889112_79728935_o Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir – Deputat | Aktor.Az
-

Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir – Deputat

Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir – Deputat

“Bu gün dünyanın demək olar ki, rahat gediləsi ölkəsi çox az qalıb. İstər yaxın, istərsə də uzaq ölkələrdə insanların axşam sağ-salamat evə dönəcəyinə inamı yoxdur”.Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

 

M.Qasımlı bildirib ki, Azərbaycanda isə tamamilə fərqli bir şərait var: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkəyə çevrilib. Bunu etibarlı edən eyni zamanda xalqımızın daim hakmiyyətin yanında olması, yüksək mədəni-siyasi inkişafı ilə bağlıdır”.

 

M.Qasımlı deyib ki, Azərbaycan vətəndaşları daim dövlətin güclü olmasına və ictimai sabitliyin qorunmasına çalışmalıdır:

 

“Sabitlik və dövlətimizin güclü olması ilk növbədə Azərbaycan vətəndaşlarının xeyrinədir. Çünki sabitliyin olmadığı və təhlükəsizliyin təmin edilmədiyi bir yerdə inkişaf, tərəqqi və xeyir-bərəkət də olmaz”.

Şərh üçün bağlıdır.


Shares
Portal Teması : Wptr.Co