12986801_1154846807889112_79728935_o FİFA 2016-cı ilin ən yaxşı futbolçusunun adını açıqladı – VİDEO | Aktor.Az
-

FİFA 2016-cı ilin ən yaxşı futbolçusunun adını açıqladı – VİDEO

Bu gün FİFA 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayıb. Aktor.Az xəbər verir ki, mükafatlandırma mərasimi İsveçrənin Sürix şəhərində keçirilib. Bakı vaxtı ilə saat 21:30-da başlanan tədbirin aparıcıları tanınmış amerikalı aktrisa Ava Longoria və almaniyalı spiker Marko Skreyl olub.

 

fifa-3-1

 

Daha gərgin mübarizə ötən ilin ən yaxşı futbolçusu adı uğrunda gedib. Mükafata namizədlərin hər üçü İspaniya La Liqasında çıxış edir. Bunlar “Real Madrid”dən Kriştianu Ronaldu, “Barselona”dan Lionel Messi və “Atletiko”dan Antuan Qrizmanndır. Artıq Ronaldu və Messi hərəyə bir dəfə bu ada sahib çıxıb. Səhnəyə çıxan FİFA prezidenti Canni İnfantino qalibin Ronaldu olduğunu bəyan edib.

 

Şərh üçün bağlıdır.


Shares
Portal Teması : Wptr.Co