12986801_1154846807889112_79728935_o Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi anıldı – FOTOLAR | Aktor.Az
-

Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi anıldı – FOTOLAR

Yanvarın 8-də Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid hərbi hissə komandiri, polkovnik-leytenant Murad Mirzəyevin əziz xatirəsi ehtiramla yad edilib.

 

4

 

Aktor.Az xəbər verir ki, bu münasibətlə M.Mirəzyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri onun II Fəxri Xiyabandakı məzarını ziyarət edib. Ziyarət iştirakçıları M.Mirzəyevin döyüş yolundan, onun Milli Ordu quruculuğundakı rolundan, Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan, düşmənin məlum aprel təxribatlarının qarşısının alnmasında fədakarlığından danışıblar.

 

1

 

Onlar diqqətə çatdırıb ki, xalq qəhrəmanı Murad Mirzəyev sözün həqiqi mənasında gənclərimiz, uşaqlarımız üçün bir vətənpərvərlik nümunəsi idi. Həyatda ən ali məqsədi işğal altındakı torpaqlarımızın, doğma Qarabağımızın düşmən işğalından azad edilməsiydi. Ziyarət edənlar arasında Milli Qəhrəmanın tələbə yoldaşı, Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalın regional bölməsinin rəhbəri Nazir Hətəmov da olub.

 

3

 

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.

 

5

 

Zabitin cəsədi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. Milli Qəhrəman 11 aprel 2016-cı ildə Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub.

 

2

6

 

Xatırladaq ki, Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1991-1994-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. Qəhrəmanımızın 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qalıb.

 

10

 

11

 

12

 

22

 

33

 

44

 

55

 

66

 

77

 

88

 

99

 

111

 

rr

 

ttt

 

.

 

Şərh üçün bağlıdır.


Shares
Portal Teması : Wptr.Co