12986801_1154846807889112_79728935_o Əflatun Amaşov jurnalistin ölümünə reaksiya verdi: «Sarsıldım…» – FOTO | Aktor.Az
-

Əflatun Amaşov jurnalistin ölümünə reaksiya verdi: «Sarsıldım…» – FOTO

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Namiq İbrahimovun vaxtsız vəfatı ilə bağlı öz feysbuk səhifəsində fikirlərini bölüşüb.

 

trend_aflatun_amashov_161116

 

Aktor.Az həmin fikirləri təqdim edir:

 

“2017-ci ilə həmkar itkisi ilə başlamaq çox ağırdır. «Vesti.az» saytının əməkdaşı, istedadlı qələm sahibi Namiq İbrahimovun vaxtsız vəfatı məni də çox sarsıtdı.

 

N.İbrahimovu «Zerkalo» qəzetindəki fəaliyyətindən tanımışam. Müxtəlif mövzuda qələmə aldığı məqalələrdə hadisə və proseslərə dərin analitik yanaşması, həssas duyumu, incə təhlil qabiliyyəti ilə fərqlənirdi. Eyni dəst-xəttini «Vesti.az»da da davam etdirən jurnalistin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları auditoriyaya çatdırma tərzini xüsusi vurğulamaq istərdim. Nəzərə alsaq ki, ümumən Azərbaycan jurnalistinin konfliktə dair dünya ictimaiyyətini məhz ölkəmizin mövqelərini əsas tutaraq məlumatlandırması hər zaman müstəsna önəm daşıyıb, bunu səlist rus dilində edə bilmək sıradan məsələ sayıla bilməz. Namiq belə bir bacarığı ilə seçilən həmkarlarımızdan idi.

 

Qətiyyətlə demək olar ki, Namiq İbrahimovun yoxluğu Azərbaycan jurnalistikası üçün böyük itkidir. Xüsusən də rusdilli mediamızın bu gün üçün özünün ən parlaq nümayəndəsini itirdiyini söyləmək mümkündür. Namiq əsl jurnalist idi və həmkarlarının, dostlarının, onu tanıyan hər kəsin xatirində əsl jurnalist kimi qalacaq.

 

Mərhum həmkarımızın ailə üzvlərinə, doğmlarına, əzizlərinə dərin hüznlə başsağlığı verirəm.

 

Məkanı cənnət olsun. Allah rəhmət eləsin!”

 

clipboard02

 

 

Şərh üçün bağlıdır.

13023309_1155669207806872_239843255_n