12986801_1154846807889112_79728935_o Kiriminal | Aktor.Az
-
Kiriminal katigoriyasindaki yazilar
  • Vaqif Əsədov: “Dəhşətə gəldim” – VİDEO (18+)

    Vaqif Əsədov: “Dəhşətə gəldim” – VİDEO (18+)

    4 saat önce

    Bir gün əvvəl bir neçə gəncin “VAZ 2107” markalı avtomobillə yüksək sürətli yolda hərəkətin əks istiqamətində hərəkət etmələrinin videogörüntüləri yayılıb.Aktor.Az xəbər verir ki, videoda avtomobili idarə edən şəxslərin nəqliyyat vasitələrini hərəkətin əks istiqamətində sürmələri və bu zaman musiqiyə qulaq asaraq kifayət qədər əyləndikləri nəzərə çarpır.     Qeyd edək ki, hadisə zamanı yolla hərəkət edən […]

  • Qadın sürücü piyadanı vuraraq öldürüb

    Qadın sürücü piyadanı vuraraq öldürüb

    5 saat önce

    Bakıda qadın sürücü avtomobillə piyadanı vuraraq öldürüb.Aktor.Az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Günel Dəniz idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Ramin Əkbərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.   Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

  • İki yük avtomobili toqquşub: ölən var

    İki yük avtomobili toqquşub: ölən var

    28 Mart 2017

    Ucar rayonu, Mürsülü kəndində “HYUNDAİ” və “HOWO” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.   Aktor.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “HYUNDAİ” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-cı il təvəllüdlü Ramazanov Fərrux İsmayıl oğlunun cəsədini çıxarıb […]

  • Bakı ermənisi axtarışa verildi

    Bakı ermənisi axtarışa verildi

    25 Mart 2017

    Rusiya hüquq-mühafizə orqanları Bakıda doğulan ermənini İnterpol xətti ilə axtarışa verib.APA-nın verdiyi məlumata görə, 1979-cu ildə Bakı şəhərində doğulan Arsen Arzumanyan rüşvətxorluqda təqsirləndirilir.   Rusiya hüquq-mühafizə orqanları A.Arzumanyan barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İntrerpola müraciət ünvanlayıb.    

  • 17 yaşlı qonaq qız özünü asdı

    17 yaşlı qonaq qız özünü asdı

    22 Mart 2017

    Cəlilabadda intihar hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, martın 14-də rayonun Maşlıq kəndində 17 yaşlı Rusiya vətəndaşı İradə Nəsirova özünü asaraq intihar edib.   Kənd sakinləri bildiriblər ki, İradə Nəsirova ailəsi ilə birgə kəndə baba evinə qonaq gəlibmiş.   Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş […]

  • Özünü bıçaqlayaraq öldürüb – Xaçmazda

    Özünü bıçaqlayaraq öldürüb – Xaçmazda

    21 Mart 2017

    Xaçmaz şəhər sakini 1986-cı il təvəllüdlü Muradov Bəhruz Xanverdi oğlu özünü bıçaqlayıb.Muradov bıçaq xəsarətindən dünyasını dəyişib.   Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Mərhumun ailə üzvləri B.Muradovun özünü bıçaqladığını təsdiqləyiblər.   Faktla bağlı araşdırma aparılır araşdırılır.

  • Telman İsmayılova daha bir zərbə

    Telman İsmayılova daha bir zərbə

    21 Mart 2017

    Moskva şəhərinin Arbitraj məhkəməsi çərşənbə axşamı martın 21-də “BM-Bank”ın (“VTB Group”un strukturuna daxildir) Telman İsmayılovun “Praqa AST” MMC şirkətinə qarşı 331,4 milyon dollarlıq iddiasını təmin edib.Bu barədə “İnterfaks” nəşrinin müxbiri məhkəmə zalından məlumat verib.   Məhkəməyə müraciət zamanı iddia üzrə məbləğ 318,6 milyon dollar təşkil edirdi, lakin iclas zamanı məhkəmə bankın vaxtın uzadılması səbəbindən məbləğin […]

  • Bakıda cərrah dəm qazından öldü

    Bakıda cərrah dəm qazından öldü

    20 Mart 2017

    Bakıda dəm qazından zəhərlənmə daha bir can alıb. Bu dəfəki hadisənin qurbanı paytaxtın məşhur həkimlərindən biridir.   Belə ki, tanınmış cərrah-proktoloq, Bakı klinikalarından birində çalışan Rasim Həbibov dünən yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.1news.az məlumat verir ki, faktla bağlı araşdırma aparılır.   Mərhumun üç uşağı – oğlu və iki qızı qalıb.

  • Mövlud Mövludun intihar səbəbi açıqlandı

    Mövlud Mövludun intihar səbəbi açıqlandı

    17 Mart 2017

    Martın 15-də saat 02 radələrində Binəqədi rayon sakini, “Teleqraf.com” agentliyinin redaktoru, 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlunun Binəqədi rayonu ərazisində işlədiyi agentliyin yerləşdiyi binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.   Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, rayon […]

  • “Xəzər” TV-nin əməkdaşı döyüldü – VİDEO

    “Xəzər” TV-nin əməkdaşı döyüldü – VİDEO

    16 Mart 2017

    Bakıda maraqlı sosial eksperiment keçirilib.Aktor.Az xəbər verir ki, bu dəfə guya gözdən əlil iki şəxs paytaxt sakinlərini sınağa çəkib. Belə ki, gözləri görməyən gənc və balaca uşaq ətrafdakı insanlara əslində 50 manat uzadaraq 20 manatı xırdalamağı xahiş edir. Çoxları isə onların gözlərinin görmədiyini zənn edərək pulu götürüb aradan çıxır. Bəziləri isə bununla kifayətlənməyərək eksperimenti keçirənlərə […]

  • DƏHŞƏT: Bacısını baltaladı

    DƏHŞƏT: Bacısını baltaladı

    16 Mart 2017

    Bərdə rayonunda qardaş bacısını balta ilə öldürüb.”Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Füzuli küçəsində qeydə alınıb.   Belə ki, rayon sakini Hafiz Məmmədov bacısı 21 yaşlı Leyla Məmmədovanın başından balta ilə bir neçə zərbə vuraraq onu öldürüb.   Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda intihar: özünü 17-ci mərtəbədən atı

    Bakıda intihar: özünü 17-ci mərtəbədən atı

    16 Mart 2017

    Bakıda intihar hadisəsi baş verib.Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.   İntiharın səbəbləri məlum deyil. Faktla bağlı […]

  • 5 tələbə qızın meyiti tapıldı – Azərbaycanda

    5 tələbə qızın meyiti tapıldı – Azərbaycanda

    15 Mart 2017

    Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib.Abşeron rayon Polis Şöbəsindən bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısı tələbədir.   Abşeron rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.   Abşeron rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a bildirilib ki, faciəvi hadisə […]

  • Yol qəzası: sürücü anasını vurdu

    Yol qəzası: sürücü anasını vurdu

    15 Mart 2017

    Martın 14-də saat 21 radələrində Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən piyadanı vurub.   Aktor.Az xəbər verir ki, həmin piyada sürücünün elə öz anası Filyar Əliyeva olub. Qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb.   Ağdam RPŞ tərəfindən araşdırma aparılır.

  • Bakıda mənzildə meyit tapılıb

    Bakıda mənzildə meyit tapılıb

    15 Mart 2017

    Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.   Nazirlikdən verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1941-ci il təvəllüdlü Hüseynov Fikrət Eyyub oğlunun cəsədini aşkar edərək aidiyyati […]

  • Xalq şairinin oğlu öldürüldü, 3 nəfər həbs edildi

    Xalq şairinin oğlu öldürüldü, 3 nəfər həbs edildi

    14 Mart 2017

    Bakıda meyiti tapılan şəxsin 3 nəfər tərəfindən döyülərək öldürüldüyü məlum olub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində […]

  • Qənirə Paşayeva nömrəsini yaydı: “Dərhal zəng edin…” – DƏLƏDUZLUQ

    Qənirə Paşayeva nömrəsini yaydı: “Dərhal zəng edin…” – DƏLƏDUZLUQ

    10 Mart 2017

    “Əziz dostlar, Anar adlı bir tovuzlunun mənim qohumum olduğunu iddia edərək müxtəlif şəxslərdən işə düzəltmək adı ilə pul istəməsi və ya alması barədə mənə məlumat daxil olub”.   Bu barədə millət vəkili Qənirə Paşayeva Feysbuk hesabında yazıb. O bildirib ki, nəinki onun bu adda qohumu və ya işçisi var, ümumiyyətlə, həmin adamla heç bir əlaqəsi […]

  • Bakı sakini özünü güllələdi

    Bakı sakini özünü güllələdi

    10 Mart 2017

    Bakı sakini özünü evində güllələyərək öldürüb.Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Buzovna qəsəbəsində baş verib.   1960-cı il təvəllüdlü Dadaşov İldırım Rza oğlu yaşadığı evdə “Makarov” tipli tapançadan atəş açaraq özünü öldürüb. İntiharın səbəbi hələlik məlum deyil.   Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət […]

  • Dəhşətli qəzada ölən tələbələrin FOTOLARI

    Dəhşətli qəzada ölən tələbələrin FOTOLARI

    09 Mart 2017

    Bakı-Sumqayıt yolunda baş verən qəzada dünyasını dəyişən tələbələrin fotoları yayılıb.   Onların dördünün adı məlum olub. Belə ki, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim, 1999-cu il təvəllüdlü Canıyev Rəşad və 1997-ci il təvəllüdlü Aygün Məmmədovadır.   Yaralılardan biri Sosiologiya ixtisası üzrə təhsil alan 1-ci […]

  • Bakı-Sumqayıt yolunu qana boyayan sürücü saxlanıldı

    Bakı-Sumqayıt yolunu qana boyayan sürücü saxlanıldı

    09 Mart 2017

    Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb.   Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-ci il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. “Onun qarşısına […]

  • Bakıda zavodda faciə: sürücü beton qurğusunun arasında öldü

    Bakıda zavodda faciə: sürücü beton qurğusunun arasında öldü

    01 Mart 2017

    Bakıda zavodda ölüm hadisəsi baş verib.APA-nın məlumatına görə, hadisə Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzinə məxsus beton zavodunda qeydə alınıb.   Orada sürücü işləyən, 1967-ci il təvəllüdlü Nurəddin Yaşar oğlu Hümbətov beton qarışdıran qurğunun arasına düşərək ölüb. Faktla bağlı araşdırma aparılır.

  • Конфликт чеченцев и «воров в законе» разрешит Азиз?

    Конфликт чеченцев и «воров в законе» разрешит Азиз?

    26 Şubat 2017

    К  разрешению конфликта между «ворами в законе» и представителями кавказских диаспор в ближайшее время может подключиться влиятельный «законник» — проживающий в Чечне Азиз Батукаев (Азиз).     Напомним, противостояние возникло после того, как «криминальный генерал» Руслан Гегечкори (Шляпа младший) и группа заключенных избили прямо в тюремной мечети восемь выходцев из Чечни и Дагестана. Накал страстей […]

  • Bakıda 3 Gürcüstan vətəndaşı bıçaqlandı

    Bakıda 3 Gürcüstan vətəndaşı bıçaqlandı

    20 Şubat 2017

    Ötən axşam saat 20 radələrində Nizami rayonu ərazisində, “Koroğlu” metro stansiyasının yaxınlığında kütləvi dava qeydə alınıb.SalamNews-a istinadən xəbər verir ki, dava nəticəsində 3 nəfər Gürcüstan vətəndaşı olan yaxın qohumlar – 1990-cı il təvəllüdlü İsmayılov Musa İsa oğlu, 1995-ci il təvəllüdlü Mirzəliyev Səxavət Rizvan oğlu, 1992-ci il təvəllüdlü Məmmədov İbrahim Şaban oğlu bıçaqlanıblar.   Yaralılar təcili […]

  • Rusiyada axtarışda olan şəxs Sumqayıtda tutuldu

    Rusiyada axtarışda olan şəxs Sumqayıtda tutuldu

    18 Şubat 2017

    Rusiyada axtarışda olan şəxs Azərbaycanda yaxalanıb.   Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 166-cı və 264-cü maddələri (nəqliyyat vasitəsinin qaçırılması, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydasını pozma) ilə axtarışda olan Natiq Qulamov DİN-in Baş Əməliyyat və Statistik İnformasiya və Baş Mühafizə idarələrinin əməkdaşları tərəfindən tutularaq Sumqayıt ŞPİ-yə təhvil verilib.  

  • Xırdalanda dəhşət: 11-ci sinif şagirdi özünü binadan atdı

    Xırdalanda dəhşət: 11-ci sinif şagirdi özünü binadan atdı

    15 Şubat 2017

    Abşeronda intihar hadisəsi baş verib.Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xırdalan şəhər sakini, 2000-ci il təvəllüdlü Fərrux Ağakişi oğlu Əsədli özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.   Məlumata görə, F. Əsədli Xırdalanda yerləşən 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.   Faktla […]

13023309_1155669207806872_239843255_n