Şou-biznesXəbər xətti

Nigardan Röyaya cavab: “Bu nə səviyyəsiz ifadələrdir?”

Müğənni Nigar Camal əməkdar artist Röya Ayxanın “Altın kelebek” mükafatlandırma mərasimindən sonra onunla bağlı söylədiyi ittihamlara münasibət bildirib.AZXEBER.COM xəbər verir ki, Nigar Röyanı yalan danışmaqda günahlandırıb: 

“Görürəm, hər kəs ağzına gələni danışır. Doğrudan da, ayıbdır. Bu nə səviyyəsiz ifadələrdir, işlədirsiniz? Bu millətə lazımdır, kimin harası nədir? Mən oxşatmaq istədiklərinizə bənzəməyəcəyəm. Səsimi, oxumağımı bəyənməyə bilərsiniz, amma bir də mənim adımı belə mərifətsiz söhbətlərdə çəkməyin. Ola bilər, bu ifadələr kimin üçünsə adi sözlərdir, amma mənim üçün deyil. Sabah gözü götürməzlikdən saçıma da qaynaq deyəcəklər. İnsan özündə olmayan şeylərə görə şər atıb özünü sakitləşdirəcəyini düşünür. Amma doğrusunu özü bilir. Yaxşı ki, hələ məni sevirsən, bu qədər söz çıxartdın. Sevən insan nə problem varsa, zəng edib soruşar. Mən qalmaqaldan qaçmağa çalışdıqca məni qalmaqala salmağa çalışmayıb. Deyir, mənə arxasını çevirdi. Bu qədər yalan olar? Zalda yanında oturana arxa necə çevirmək olar? Yəqin, həyəcanlı olub. Əlini uzatdı və mən də əlini sıxıb təbrik etdim. Bu söhbətlər hardan çıxdı, başa düşmədim. Məni belə səviyyəsiz söhbətlərlə “gündəmə gətirmək” lazım deyil. Gündəmdə qalmaq üçün başqasını seçin”.

Xatırladaq ki, Röya “Xəzər maqazin” verilişinə açıqlamasına İstanbulda Nigarın ona arxasını çevirdiyini söyləmiş və onun haqqında “Arxası da yapışdırılmadı” ifadəsini işlətmişdi.